12.10.2016 00:38
2301
2301
"Әla nәticәdi. Komandanı tәbrik edirәm”. Bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan milli komandamız qolsuz bərabərliyə nail ola bilib.Matç başa çatdıqdan sonra federasiya prezidenti qısa açıqlama verib: “Prosineçkiyә dә tәşәkkür edirik. Çәtin olsa da, hәr kәs әlindәn gәlәni etdi vә çox lazımlı xal qazandıq. Gözlәnilmәzdi, ancaq gәlin, eyforiyaya qapılmayaq". Yığmanın ilk 3 oyunda 7 xal qazanması vә buna qol buraxmadan nail olmasının mükafatı nә olacaq sualına isə Abdullayev belə cavab verib: "Gәlin, mükafat mövzusunu qabartmayaq. Meydana çıxıb, vәtәn uğrunda çalışırıq"