2526
Bu gün Azərbaycan kubokunda yeni mövsümə start veriləcək. Turnir 1/16 final mərhələsinin 2 oyunu ilə başlayacaq. 1/8 finala vəsiqələrin sahibləri Qərb bölgəsindəki matçlarda bəlli olacaq. Hər iki görüşdə meydan sahibləri Bakı klublarını sınağa çəkəcək. Eyni saatda başlayacaq matçlarda “Turan Tovuz” “Bakılı”nı, “Şəmkir” isə “Qaradağ Lökbatan”ı sınağa çəkəcək. Bu cütlərin qaliblərinin 1/8 finaldakı rəqibləri öncədən bəllidi. Tovuzda qalib gələn komanda “Zirə”, Şəmkirdə sevinən tərəf isə “İnter”lə üz-üzə gələcək.
Azərbaycan kuboku
1/16 final
12 oktyabr (çərşənbə)
“Turan Tovuz” - “Bakılı”
Tovuz şəhər stadionu. Saat 14:00
Hakimlər: Orxan Məmmədov, Vüsal Qənbərov, Cəmil Quliyev, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Namiq Qasımov
Hakim-inspektor: Qurban Məmmədov
“Şəmkir” – “Qaradağ Lökbatan”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Elgün Hüseynov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Rüfət Əliyev