bazar ertəsi, 19 yanvar 2026

VOLEYBOL

Cavid Qurbanov Voleybol Federasiyasına prezidenti seçilib

12.10.2016 11:51 Oxundu 3219

Bu gün Azərbaycan Voleybol Federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, Milli Olimpiya Komitəsində baş tutan tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qurumun yeni rəhbəri seçilib. O, bu postda Ziya Məmmədovu əvəzləyib.

İclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak ediblər.

Qeyd edək ki, Qurbanov “Azərreyl” voleybol klubunun da prezidentidi.