bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

"Bakılı" da "Şəmkir" də məğlub oldu

12.10.2016 15:35 Oxundu 1976

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start verilib. Turnirin 1/16 final mərhələsində 2 oyun baş tutub. Mövsümün ilk qolu Tovuzda qeydə alınıb. Bu topun müəllifi “Bakılı” ilə qarşılaşmada hesabı açan Rəhman Musayev olub. O, het-trikə imza atmaqla “Turan Tovuz”un böyükhesablı qələbəsində pay sahibi olub – 4:0. Günün digər oyunu Şəmkirdə keçirilib. Şəhərin eyniadlı komandası “Qaradağ Lökbatan”ı qəbul edib. İlk yarının sonlarında hərəyə 1 qol vuran komandalar qalibi 90 dəqiqənin sonlarında müəyyənləşdirə bilib. Bəxtiyar Soltanovun son dəqiqədə fərqlənməsi paytaxt klubunu növbəti mərhələyə daşıyıb.

Qeyd edək ki, 1/8 finalda “Turan Tovuz” “Zirə”, “Qaradağ Lökbatan” “İnter”lə qarşılaşacaq.

Azərbaycan kuboku

1/16 final

12 oktyabr (çərşənbə)

“Turan Tovuz” - “Bakılı” - 4:0

Qollar: Rəhman Musayev, 27, 61, 68, Tuqay Alhüseynli, 71
Hakimlər: Orxan Məmmədov, Vüsal Qənbərov, Cəmil Quliyev, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Namiq Qasımov
Hakim-inspektor: Qurban Məmmədov
Tovuz şəhər stadionu

“Turan Tovuz”: 1. Mehman Hacıyev, 13. Nodar Məmmədov (k), 16. Orxan Lalayev, 3. Əlimirzə Daşzərini, 2. Sənan Qocayev, 5. Azər Məmmədov, 4. Səbayıl Bağırov, 14. Elnur Soltanlı, 8. Aqşin Muxtaroğlu, 7. Elmin Çobanov, 17. Rəhman Musayev

Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 15. Seymur Tağıyev, 19. Vüqar Asəliyev, 6. Emin Mirzəliyev, 22. Tuqay Alhüseynli, 9. İlkin Sadıqov, 11. İlkin Rzayev

Baş məşqçi: Əsgər Abdullayev

“Bakılı”: 1. Oruc Namazov, 18. Kənan Səlahəddinoğlu, 15. Tapdıq Əliyev, 3. Bəhram Bəhramzadə, 17. Vüsal Nağıyev, 6. Məhəmməd Məmmədov, 9. Vurğun Həsənzadə, 10. Ramil Rəhimzadə, 7. Ramil Həşimzadə (k), 8. Qafar Əliyev, 11. Sergey Markelov

Ehtiyat oyunçular: 90. Hikmət Hüseynzadə, 4. Hakim İbadov, 19. Nurlan Məmmədzadə

Baş məşqçi: Mahir Əliyev


“Şəmkir” – “Qaradağ Lökbatan” - 1:2

Qollar: Şahin Baleljae, 44 - Rüfət Məmmədov, 42, Bəxtiyar Soltanov, 90
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Elgün Hüseynov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Rüfət Əliyev
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

“Şəmkir”: 22. Elşən Poladov (k), 15. Şahin Kərimov, 72. Elvin Mirzəyev, 5. Ruslan Poladov, 6. Araz Əsədullazadə, 88. İlqar Hüseynov, 8. Ture Morifere, 19. Ruslan Voronsov, 77. Bəhruz Teymurov, 7. Pərvin Paşayev, 80. Şahin Baleljae

Ehtiyat oyunçular: 1. Ruzi Qiyaslı, 9. Rövşən Əmiraslanov, 99. Etibar Süleymanov, 17. Kazım Kazımlı, 10. Qeyrət Qənbərov, 57. Anar Rzayev, 11. Ramil Sadıqov

Baş məşqçi: Qəhrəman Əliyev

“Qaradağ Lökbatan”: 26. Davud Əsgərov, 20. Elmir Məmmədov, 3. Nicat Əsgərov, 7. Nakim Vəliyev, 99. Cəmil Rəhimli, 4. Elxan Cəbrayılov, 55. Tanrıverdi Məhərrəmli, 14. Elgiz Kərimli, 27. Bəxtiyar Soltanov, 38. Mübarək Şahquliyev, 19. Rüfət Məmmədov (k)

Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Emin Mustafayev, 18. Comərd Baxşəliyev, 6. Natiq Kərimi, 11. Məhəmməd Alıyev, 13. Teymur Kamaloğlu, 21. Əliqulu Manafov

Məşqçi: Azər Bağırov