1801
Azərbaycan çempionu “Araz” futzal üzrə UEFA kubokunun əsas mərhələsində bu gün ikinci oyununa çıxıb. Təmsilçimiz Makedoniyanın paytaxtı Skopyedəki "Boris Traykovski" adına İdman Mərkəzində Kosovo çempionu “Feniks”lə qarşılaşıb. Təmsilçimiz ötən gün baş tutan ilk turda Gürcüstanın "Tiflis Dövlət Universiteti" komandası ilə qarşılaşıb və 7:1 hesablı qələbə qazanıb. "Feniks" isə meydan sahibi - Makedoniya "Jelezarets"inə qalib gəlib - 5:0. Naxçıvan klubu ikinci oyunundan da qalib ayrılıb. Amma bu dəfə qələbə üçün yalnız 1 qol yetərli olub. Nəticədə, təmsilçimiz xallarının sayını 6-ya çatdıraraq, qrup liderliyini davam etdirir.
Turun digər oyununda TDU ilə "Jelezarets" qarşılaşacaq.
UEFA Kuboku, əsas mərhələ
2-ci qrup
12 oktyabr
"Araz" - "Feniks" - 1:0
Bağırov, 11
"Araz" bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Rövşən Hüseynli, Everton, Eduardo, Bolinya, Vassura - Anar Məmmədov, Fabio Poletto, Ramiz Çovdarov, Rizvan Fərzəliyev (k), Xətai Bağırov, İsa Atayev, Oqtay Rüstəmli.