bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

“Kral klubu” daha 3 oyunçu ilə anlaşıb

13.10.2016 10:53 Oxundu 2006

2018-ci ilə qədər transfer hüququndan məhrum qalan “Real” heyətdəki futbolçuları komandada saxlamaqda maraqlıdı. Artıq bir neçə oyunçu ilə yeni müqavilə də imzalanıb.İlk olaraq Toni Kroosla anlaşmanın müddətini 2022-ci ilə qədər uzadan “kral klubu” vaxt itirmədən daha 3 oyunçu ilə anlaşıb. Belə ki, komandanın qol “silahı” Kriştianu Ronaldo 2021, digər portuqaliyalı Pepe isə 2018-ci ilə qədər anlaşma yeniləyib. Ronaldonun illik məvacibinin 23 milyon avroya yüksəldilməsi gözlənilir.

Həmçinin madridlilər digər aparıcı futbolçu Qaret Beylin də razılığını alıblar. Uelsli futbolçu klubla müqavilə müddətini 2022-ci ilə qədər uzatmağa razılıq verib.