13.10.2016 10:57
1901
1901
Rumıniya millisinin məşhur hücumçusu Adrian Mutu futbolçu karyerasını başa vurub. Bu barədə 37 yaşlı oyunçu ölkəsinin mətbuatına deyib. A.Mutu bundan sonra məşqçi kimi çalışacağını deyib.Məşqçi kurslarına başladığını bildirən A.Mutu ölkəsinin millisində məşqçi kimi çalışmaq istədiyini söyləyib.
Qeyd edək ki, A.Mutu "Çelsi", "İnter", "Yuventus, "Fiorentina", "Parma" kimi klublarda oynayıb. Son olaraq o, ölkəsinin "Tarqu Mureş" klubunda çıxış edib. A.Mutu Rumıniya millisində 77 oyuna 35 qol vurub.