bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

“Araz” üçüncü oyununa çıxır

14.10.2016 11:43 Oxundu 2119

Bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsinin II qrupunda son oyunlar keçiriləcək. Azərbaycan çempionu “Araz” Makedoniyada keçirilən qrup mərhələsindəki son matçında meydan sahibləri ilə görüşəcək.Naxçıvan təmsilçisi bu ölkənin çempionu “Zalezareç”lə qarşılaşacaq. Son turun görüşlərindən asılı olmayaraq, I yeri təmin edən komandamız elit-raunda 100 faizli nəticə ilə yollanmaq iddiasındadı.Sonuncu pilləni tutacağı dəqiqləşən makedoniyalılar isə azarkeşlərinə təsəlliverici xal qazandırmaq arzusundadı.

Qeyd edək ki, turun digər oyununda elit-raunda 2-ci vəsiqənin sahibi bəlli olacaq. Gürcüstan çempionu TDU Kosovonun ən yaxşısı “Feniks”i sınağa çəkəcək.

Futzal üzrə UEFA kuboku

Əsas mərhələ, III qrup

III tur, 14 oktyabr

15:00. TDU – “Feniks”

17:30. “Araz” – “Zalezareç”

1

Araz

2

2

0

0

8-1

6

2

TDU

2

1

0

1

11-7

3

3

Feniks

2

1

0

1

5-1

3

4

Zalezareç

2

0

0

2

0-15

0