bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

Zlatan İbrahimoviç övladlarını akademiyaya yazdırdı

15.10.2016 14:21 Oxundu 1846

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Zlatan İbrahimoviç övladları ilə bağlı yeni qərar verib. O, iki oğlunu da formasını geyindiyi komandanın akademiyasına yazdırıb. On yaşlı Maks və 8 yaşlı Vinsent Mançesterdəki akademiyada təlim və məşq edəcəklər.

Burada daha bir neçə futbolçunun uşaqları məşq edir. Ueyn Runi, Maykl Kerrik, Rayan Giqqz və Niki Batta kimi məşhur futbolçular da övladlarını sözügedən futbol akademiyasına yazdırıblar.