bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

"Herta"nın müdafiəçisi Emre Mordan üzr istəyib

15.10.2016 14:33 Oxundu 1902

"Mən olanlardan təəssüf hissi keçirirəm. Bu, qırmızı vərəqə deyildi. Emre Mor buna layıq deyildi". Bu sözləri "Herta"nın müdafiəçisi Sebastyan Lanqkamp "Bild" nəşrinə müsahibəsində deyib. O bundan təəssüfləndiyini bildirməklə yanaşı, "Borussiya" Dortmundun futbolçusu Emre Mordan üzr istəyib.

Dortmund "Borussiya"sının futbolçusu Emrə Mor Almaniya Bundesliqasının 7-ci turunda "Herta" ilə oyunda hakimin haqsız qərarı ilə meydandan qovulub. Epizodların birində "Herta"nın müdafiəçisi Sebastyan Lankamp türkiyəli futbolçunu tutub çəkərək hücumun qarşısını almaq istəyib. Emrə Mor isə topu itirdikdən sonra rəqibini yüngül itələyib. "Herta"nın kapitanı simulyasiya edərək özünü yerə atıb. Matçın baş hakimi isə buna görə Emrə Mora birbaşa qırmızı vərəqə göstərib.