2317
Azərbaycan Premyer Liqasında yığma komandamızın matçları ilə əlaqədar yaranan 12 günlük fasiləyə yekun vurulub.Oktyabrın 15-də milli çempionatda ikinci dövrəyə start verilib. VIII turun açılış oyunu “İnter Arena”da keçirilib. Mərkəzi görüşdə Bakının “İnter” klubu turnirin hazırkı lideri “Qəbələ”ni qəbul edib. Bu günədək ölkə çempionatlarında 33 dəfə üz-üzə gələn komandaların qarşılaşmasında qalıb müəyyənləşməyib və matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Maraqlıdır ki, ardıcıl beş turdur qalib gələn və çempionat başlayandan bəri qapısında top görməyən “Qəbələ”nin seriyası qırılıb.
Oyuna meydan sahibləri fəal başlayıb. “Qəbələ” də rəqib qapısına yol tapmaq istəsə də, komandaların hücumları nəticə verməyib. Tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar.
İkinci hissəyə də “İnter” hücumlarla başlayıb və bunun məntiqi nəticəsində meydan sahiblərinin heyətində Ağabala Ramazanov 48-ci dəqiqədə hesabı açıb-1:0. Bundan sonra oyun qarşılıqlı hücumlar şəraitində davam edib. Lakin qonaqlar hesaba tarazlıq gətirə bilib. Sergey Zenyov 69-cu dəqiqədə hesabı bərabərləşdirib.
Beləliklə, Bakı səfərində bir xalla kifayətlənən “Qəbələ” 20 xalla yenə turnir cədvəlinə başçılıq edir. “İnter” isə 16 xalla turnir cədvəlində ikinciliyi qoruyub.
“İnter” – “Qəbələ” - 1:1
Qol: Ağabala Ramazanov, 48 - Sergey Zenyov, 69
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
“İnter Arena”
I dövrədəki oyun – 0:0
“İnter”: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva, 22. İlkin Qırtımov, 4. Slavik Alxasov, 24. Fuad Bayramov, 15. Ruslan Abışov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 17. Abbas Hüseynov, 19. Mirhüseyn Seyidov, 10. Elnur Abdullayev, 9. Pərdis Fərcad-Azad, 88. Məmməd Quliyev, 2. Sərtan Taşqın
Baş məşqçi: Zaur Svanadze
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 21. Roman Hüseynov, 27. Teo Uiks, 34. Urfan Abbasov, 44. Rafael Santos
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 20. Rikardinyo, 32. Rəşad Eyubov, 88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk
|
1. |
Qəbələ |
8 |
6 |
2 |
0 |
20-1 |
20 |
|
2. |
İnter |
8 |
4 |
4 |
0 |
13-8 |
16 |
|
3. |
Qarabağ |
7 |
4 |
1 |
2 |
15-5 |
13 |
|
4. |
Sumqayıt |
7 |
2 |
2 |
3 |
6-9 |
8 |
|
5. |
Kəpəz |
7 |
1 |
4 |
2 |
6-8 |
7 |
|
6. |
Zirə |
7 |
2 |
1 |
4 |
5-9 |
7 |
|
7. |
Neftçi |
7 |
2 |
0 |
5 |
6-16 |
6 |
|
8. |
AZAL |
7 |
0 |
2 |
5 |
3-18 |
2 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) – 7.