bazar ertəsi, 19 yanvar 2026

GÜLƏŞ

15 idmançımız mübarizə aparırı

16.10.2016 09:40 Oxundu 2645

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci “Qitələrarası kubok” beynəlxalq turniri start götürüb. Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının məşqçilər korpusunun rəyinə əsasən, turnirdə 15 idmançı iştirak edir.

Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Məşqçilər Əsgərxan Novruzov və Zəlimxan Hüseynovun rəhbərliyi altında Xasavyurtda Pərviz İbrahimov (57 kq), Qalib Əliyev, Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hamısı - 61 kq), Mahal Novruzov, Pənah İlyaslı, Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Zəlimxan Vəliyev (hamısı - 65 kq), Hacımurad Ömərov, Orxan Abbasov (hər ikisi - 70 kq), İsmayıl Abdullayev (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) və Umar İsrailov (125 kq) mübarizə aparırlar.

Görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil edirlər.

“Qitələrarası kubok” beynəlxalq turniri oktyabrın 16-dək davam edəcək.