bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

“Təyyarəçilər” “Kəpəz”dən xal ala biləcəkmi?

16.10.2016 09:51 Oxundu 1847

Bu gün Topaz Premyer Liqasında VIII tura yekun vurulacaq. Turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq ki, hər iki matç Bakıətrafı qəsəbələrdə oynanılacaq. Günün ilk oyununda AZAL “Kəpəz”i qəbul edəcək. Turnir cədvəlinin ikinci yarısında qərarlaşmış komandaların duelində qonaqlar ardıcıl qələbəsiz oyunlara son qoymaq üçün vuruşacaqlar. “Sumqayıt” “Qarabağ”a uduzduğu üçün qələbə gəncəliləri bir pillə irəli aparacaq. Tərlan Əhmədovun komandası isə mövsümdəki ilk qələbəsinin intizarındadı. “Təyyarəçilər” qalib gələcəkləri halda son pillədən qurtula bilməsələr də, hər halda xal ehtiyatı baxımdan irəli düşəcəklər.

Turun son oyununda isə Zirədə “Neftçi” eyniadlı komandanın qonağı olacaq. Mövsümün iki uğursuzunun dueli maraqla gözlənilir. Ötən il debüt mövsümündəcə gümüş medallara sahib olan Adil Şükürovun yetirmələri köhnə günlərin həsrətini yaşasa da, heç vaxt uduzmadığı “Neftçi” önündə qələbə qazanmağa iddialıdı. Çünki aşağı pillələrdən qurtulmağın tək yolu xal ehtiyatını artırmaqdı. Tarixinin ən uğursuz dönəmini yaşayan, antirekordları sıralamaqdan “doymayan” “ağ-qaralar” “Zirə” sindromunu qırmaq istəyindədi. Hadisələrin uğurlu axarında (“Kəpəz” “Zirə” ilə heç-heçə oynasa) 4-cü pilləyədək irəliləmək imkanı olan Elxan Abdullayevin yetirmələri sondan 2-ci yerdən uzaqlaşmaq üçün mübarizə aparacaq.

Topaz Premyer Liqası

VIII tur

16 oktyabr (bazar)

16:00. AZAL – “Kəpəz”

Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Şaiq Həmidov

“AZAL Arena”

I dövrədəki oyun – 0:0

18:30. “Zirə” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Şahin Cəfərov

Zirə İdman Kompleksinin stadion

I dövrədəki oyun – 1:0

1.

Qəbələ

8

6

2

0

20-1

20

2.

İnter

8

4

4

0

13-8

16

3.

Qarabağ

8

5

1

2

18-5

16

4.

Sumqayıt

8

2

2

4

6-12

8

5.

Kəpəz

7

1

4

2

6-8

7

6.

Zirə

7

2

1

4

5-9

7

7.

Neftçi

7

2

0

5

6-16

6

8.

AZAL

7

0

2

5

3-18

2

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 7.