bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

"Araz"ın rəqibləri bəlli oldu

16.10.2016 13:40 Oxundu 1873

Futzal üzrə UEFA kubokunun elit-raundunun iştirakçılarının hamısı bəlli olub. Yarışa birbaşa bu mərhələdən başlayacaq 4 komandaya (Rusiyanın “Dinamo” və “Yuqra”, İspaniyanın “İnter”, Qazaxıstanın “Kayrat” klubları isə birbaşa elit-raunda qatılacaq) daha 12-si qoşulub. Bununla da Azərbaycan çempionu “Araz”ın 14 potensial rəqibi müəyyənləşib. Belə ki, komandamız elit-mərhələyə eyni qrupdan yüksəldiyi Kosovanın “Feniks” klubu istisna olmaqla qalan bütün komandalarla qarşılaşa bilər. Qalan komandalar isə Kosovonun “Feniks”, Portuqaliyanın “Sportinq”, Çexiyanın “Xrudim”, Latviyanın “Nikars”, Rumıniyanın “Tırqu Mureş”, Macarıstanın “Györi”, Sloveniyanın “Maribor”, Almaniyanın “Hamburq”, Serbiyanın “Ekonomaç”, Xorvatiyanın “Nasional”, İtaliyanın “Real” kollektivləridir.

Qeyd edək ki, elit-raundun püşkü oktyabrın 21-də atılacaq.