2002
Futbol üzrə Topaz Premyer Liqasının səkkizinci turu çərçivəsində oktyabrın 16-da AZAL komandası “Kəpəz” kollektivini qəbul edib. “AZAL Arena”da oynanılan görüşü baş hakim Orxan Məmmədov idarə edib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma “Kəpəz” komandasının minimal hesablı qələbəsi ilə başa çatıb. Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar. Hər iki komanda fasilədən sonra da bir neçə təhlükəli vəziyyət yaradıblar. Oyunun sonuna yaxın qonaqlar sürətli əks-hücum nəticəsində hesabı açıblar. Sağ cinahdan AZAL-ın cərimə meydançasına daxil olan Dario Federikonun qüvvətli zərbəsini qapıçı Aqil Məmmədov dəf etsə də, müdafiəçilərdən əvvəl özünü yetirən Cülien Ebah topu qapıdan keçirərək “Kəpəz”i hesabda irəli çıxarıb – 0:1.
Qalan dəqiqələrdə oyunda əlavə qol olmayıb və “Kəpəz” komandası AZAL üzərində 1:0 hesabı ilə qələbə qazanıb.
Bu oyundan sonra xallarının sayını 10-a çatdıran “Kəpəz” turnir cədvəlində dördüncü sıraya yüksəlib. AZAL isə səkkiz oyundan sonra iki xalla sonuncu pillədə qərarlaşıb.
Topaz Premyer Liqasının səkkizinci turuna “Zirə”-“Neftçi” oyunu ilə yekun vurulacaq.
Topaz Premyer Liqası
VIII tur
16 oktyabr (bazar)
AZAL – “Kəpəz” - 0:1
Qol: Ebah, 83
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Şaiq Həmidov
“AZAL Arena”
I dövrədəki oyun – 0:0
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 10. Nuqzar Kvirtiya, 77. Adan Koronado, 11.Ruslan Nəsirli, 21. David Canelidze
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 4. Qvanzav Maqomedov, 95. Şirməmməd Məmmədov, 19. Elnur Süleymanov, 88. Mirzağa Hüseynpur, 15. Brayn Fok, 9. Röyal Nəcəfov
Baş məşqçi: Tərlan Əhmədov
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 15. Azad Kərimov, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 77. Serjio Kosta, 10. Dario Federiko, 19. Orxan Əliyev, 90. Julien Ebah
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 23. Tural Nərimanov, 9. Tural Qürbətov, 16. Emin Zamanov, 21. Novruz Məmmədov, 3. Şəfi Bağırov, 80. Tural Rzayev
Baş məşqçi: Şahin Diniyev