bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Səməd Qurbanov: "Mən özüm də məəttəl qalmışam"

17.10.2016 11:02 Oxundu 1778

“Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun müsahibəsi

- “Neftçi” Premyer Liqanın VIII turunda da məğlubiyyətlə üzləşdi. Komandanın belə duruma düşməsinə səbəb nədir?

- Mən özüm də məəttəl qalmışam. Sizin kimi biz də söz tapmaqda çətinlik çəkirik.

- Bu vəziyyətdən çıxış yolunu nədə görürsüz?

- Vəziyyət düzəlmir də. “Neftçi”nin indiki vəziyyətindən Allah da baş çıxarmır.

- Elxan Abdullayev bu vəziyyətə nə deyir?

- Dözməliyik. Başqa əlacımız yoxdu. Amma fakt budur ki, komanda oyun göstərmir.

- Amma azarkeşlər dözə bilmir…

- Azarkeşlər haqlıdırlar. Gəlirlər, oyun, nəticə istəyirlər.

- Mahir Şükürov komandaya fayda verəcək?

- Hər şey futbolçuların özlərindən asılıdır.

- Müşahidə Şurası indiki vəziyyət barədə nə düşünür?

- Komanda qarşısına qoyulan tələblər yerinə yetirilmir. Yəqin ki, 2-3 günə iclas olacaq. Orada bütün bu problemlər müzakirə olunacaq.

- Yeni təyinatlar - Elxan Eyvazov və Orxan Hüseynzadənin gəlişi komandada nəyi dəyişib?

- Onlar da rəhbərlikdədirlər. Lakin sırf komandanın göstərdiyi oyuna onların aiddiyatları yoxdur. Hər şey məşqçilərdən, futbolçular asılıdır.

- Qışda ciddi dəyişikliklər olacağını gözləmək olar?

- Təbii ki, heyətdə ciddi dəyişikliklər olmalıdır. 7-8 nəfəri göndərmək lazımdır. Bura həm yerli, həm də legionerlər daxildir. Əcnəbilərin ümumiyyəltə, heç birinin oyunu xoşuma gəlmir.

- Futbol veteranı kimi milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki çıxışını necə dəyərləndirərdiz?

- Millimiz bizi uğura çox inandırıb. Komanda oynadı. Futbolçular meydanda can yandırdılar. 11 nəfərin 11 də oynayır. İnanıram ki, bundan sonra da millimiz yaxşı çıxış edəcək.

Mənbə: futbolxeber.az