375
Avropa çempionatı yavaş-yavaş finiş mərhələsində qədəm qoymaqdadır. Bu müstəvidə də iyun ayının 25-27-də səkkizdəbir final oyunları keçirilib. İlk olaraq meydana İsveçrə və Polşa komandaları çıxıblər. Əsas və əlavə vaxtda hesab 1:1 olub. 11 metrlik zərbələr sesiyasında isə Polşa rəqiblərinə 5:4 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Polşa bununla da uzun illər ötəndən sonra medallar uğrunda mübarizəni davam etdirmək imkanı əldə edib. 11 metrlik zərbələr seriyasında ələnməsinə baxmayaraq İsveçrə də olduqca gözəl oyunu ilə yadda qalıb
Uels isə İrlandiyaya 1:0 hesabı ilə qalib gələrək adını növbəti mərhələdə çıxış edəcək komandalar sırasına yazdırıb. Uels bu qələbəsi ilə güclü komanda olduğunu bir daha sübut etmiş olub. Necə deyərlər mərhələ adlamaqla Uels də bu çempionatın sürpirz komandalarından biri kimi tarixə düşüb.
Portuqaliya-Xorvatiya oyununda əsas vaxtda hesab açılmayıb. Oyuna əlavə edilən vaxtın 116-cı dəqqiədə Quraşemanın vurduğu qolla Pireney yarımadası təmsilçisi növbədə mərhələdə oynamaq hüququ qazanıb. Pireney yarımdası təmsişçisi bununla da ənəni qoruyub saxlaya bilib. Portuqaliya Xorvatiya ilə keçidiyi 4 oyunun hamısında qələbə qazanaraq yeni rekorda imza atıb.
Fransa və İrlandiya komandaları arasında keçirilən oyunda sevinən tərəf fransızr olub. Fransa yığması Qrizmanın vurduğu iki qolla İrlandiya üzərində 2:1 hesabı ilə qalib gəlib. Deşam oyundan sonra keçirilən mətbuat konfransında: “İlk hissədə daha yaxşı oynaya bilərdik. Ancaq qapımızdan buraxdığımız tp oyunçularımıza psixoloji təsir göstərdi. İkinci hissədə özümüzü ələ aldıq və çətin qələbə qazana bildik. Bütün hallarda İrlandiyanı da gözəl oyunu münasibəti ilə təbrik edirəm. Onlar bu çempionatda möhtəşəm oyunları ilə hamını təəəcübləndirməyi bacardılar”, - deyib.
“Biz layiqli qələbə qazandıq”
Almaniya - Slovakiya matçı isə birincilərin rahat qələbəsi ilə başa çatıb. Bundestim 3 cavabsız qolla adını ən yaxşı 8 komanda arasına yazdırıb. Almaniya yığması bu qələbə ilə çempionatın qalibi olmaq iddiasını davam etdirməkdədir.
Belçika isə Macarıstan qarşısında darmadağına sevinib. Mark Vilmotsun yetirmələri 4 qolla 1/4 final sevinci yaşayıblar. Mark Vilmots: “Biz layiqli qələbə qazandıq. Oyunçularımız oyunda yüksək professionallıq nümayiş etdirdilər. Macarıstan yığması məğlub olmasına baxmayraq, olduqca yaxşı təsir bağışladı. Sadəcə, bəzi məqmalarda onların oyunları alınmadı. Belə hesab edirəm ki, Macarıstan gələcəyin komandasıdır. Bizə gəlincə, yolumuza davam edəcəyik və bundan çox məmnunam. Oyunçularımızla fəxr edirəm”, - deyib.
Macarıstan yığmasının baş məşqçisi Bern Ştork də komandasının məğlub olmasına baxmayaraq oyunçularının əlindən gələni etdiyini söyləyib. O deyib ki, bu mərhələyə qədər irəliləmək Macarıstan yığması üçün böyük uğurdur: “Biz gələcəkdə də uğurlu oyun seriyamızı davam etdirmək niyyətindəyik. Ən böyük arzumuz növbəti dünya çempionatının final mərhələsinə vəsiqə qazamadır. Komandamızın buna gücü çatacağına əminəm. Komandamızın perspektivləri böyükdür”.
“Komandamla qürur duyuram”
Digər maraqlı matçda İtaliya ilə İspaniya üz-üzə gəlib. Futbol ictimaiyyəti tərəfindən erkən final kimi təqdim edilən görüşü “skuadra azzura” qazanıb. 2 cavabsız qolla qalib gələn “mavilər”in heyətində Kyellini və Pelle fərqləniblə Oyundan sonra mətbuata açıqlama verən İspaniya yığma komandasının baş məşqçisi Visente del Boske məyus görünsə də məğlubiyyətə baxmayaraq, ümidlə danışıb. Visente del Boske: “Başımızı önə əymək vaxtı deyil. Sentyabrda dünya çempionatı seçmələri başlayır. Bu gün bir qalib olacaqdı. 24 komandadan sadəcə biri çempion olacaq. Hələ çox komanda sıradan çıxacaq. İlk hissədə tamamilə “yatdıq”. Oyundan qabaq bunu danışmışdıq, ancaq olmadı. İkinci hissə bərabərlik şansımız oldu, buna baxmayaraq fürsətdən yararlana bilmədik. İspaniyanı təmsil etməkdən həmişə qürur duymuşam”.
İtaliya yığmasının baş məşiqçisi Antonio Konte isə qələbədən sonra yüksək ovqatda olub. O deyib ki, möhtəşəm bir qələbə qazandıq, ancaq oyun çox çətin oldu.
AÇ-2016-nın 1/8 final mərhələsində İspaniya üzərində qələbə qazanan “skuadra azzura”nın çalışdırıcısı 2:0 hesablı qalibiyyəti belə şərh edib: “Oyunçularımı tək-tək təbrik edirəm. Komandamla qürur duyuram. Hamısı oyun planına sona kimi sadiq qaldılar. İndi isə tez bir zamanda dincəlməliyik. Biz bütün dünyaya İtaliya futbolunun sadəcə “katenaçço”dan ibarət olmadığını göstərdik. 1/4 finalda bizi Almaniya kimi rəqib gözləyir. Qalibiyyəti qısa şəkildə qeyd edib, sonrakı matça hazırlanmalıyıq”.
İslandiya İngiltərəni məyus etdi
İngiltərə - İslandiya qarşılaşması isə çempionatın ən böyük sürprizinə səhnə olub. Tarixində ilk dəfə qitə birinciliyinin final mərhələsində çıxış edən “qeyzerlər ölkəsi”nin təmsilçiləri ilklərə imza atmaqda davam edirlər. 4-cü dəqiqədə hesabda geri düşməsinə baxmayaraq, özündə güc tapan və 12 dəqiqəyə iki qol vuraraq önə keçən İslandiya yekunda qələbə hesabını qoruyub-saxlaya bilib. Beləliklə, Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İngiltərə ilə qarşılaşan İslandiya millisi sensasiyalı şəkildə 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb. İngiltərə isə son illərin ənənəsinə sadiq qalaraq daha bir böyük turniri uğursuzluqla başa vurub.
AÇ-2016-nın 1/8 final mərhələsində sürpriz bir şəkildə İslandiyaya məğlub olan İngiltərənin baş məşqçisi Roy Hocson vəzifəsindən istefa verib. Təcrübəli mütəxəssis özünü uğursuzluğun günahkarı hesab edib və bundan sonra millidə çalışmayacağını deyib. “Futbol nəticəyə bağlı oyundur. Müqaviləm çempionatdan sonra başa çatırdı. Gənc və iştahlı olan bu komandanın qabağını açmaq lazımdı. Ümid edirəm ki, İngiltərə gələcək turnirlərdə uğurlu olar. Biz bunu bacara bilmədik”, - deyə Hocson son kəs fikirlərini bölüşüb.
Oyundan sonra UEFA-nın saytı vasitəsilə azarkeşlər arasında keçirdiyi sorğunun nəticəsinə görə, islandların müdafiəçisi Ranyar Siqurdsson ən yaxşı oyunçu hesab olunub.
Matçı əvəz edilmədən keçirən təcrübəli futbolçu 6-cı dəqiqədə bərabərlik qolunu vuraraq, komandasının tarixi uğuruna töhfə verib. Oyun boyu müdafiədə etibarlı oynaması onun mükafatla təltif edilməsinə səbəb olub.
Əziz Mustafa