çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Çili ikinci dəfəAmerika kubokunun qalibi oldu

29.06.2016 10:40 Oxundu 251

ABŞ-da keçirilən Amerika Kubokuna yekun vurulub. Finalda Argentina ilə Çili yığmaları üz-üzə gəliblər.

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələr seriyasında isə çilili futbolçular daha dəqiq olublar. Onlar 4:2 hesabı ilə qələbə qazanıblar. Bununla da Çili millisi ardıcıl 2-ci dəfə finalda rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çili ikinci dəfə ardıcıl Amerika çempionu olmaqla Argentinanın analoji rekordunu təkrarlamış olub

Argentinanın heyətində Lionel Messi və Lukas Bilya penaltini qola çevirə bilməyiblər. Qeyd edək ki, yarışın bürünc mükafatını ABŞ-a qalib gələn Kolumbiya qazanıb.

Amerika Kuboku-2016

Final

Argentina - Çili - 0:0, pen. 2:4

Qırmızı vərəqələr: Markos Roho, 43 - Marselo Dias, 28

Arqentina - Romero, Otamendi, Roxo, Merkado, Funes Mori, Maskerano,Biqliya, Baneqa (Lamela, 111), Di Mariya (Kranevitter, 57), Messi, İquain(Aquero, 70).

Çili - Bravo, İsla, Bosejur, Xara, Varqas (Kastilyo, 109), Vidal,Fuensalida (Puç, 80), Aranqis, Sançes (Silva, 104), Medel, Dias.

Sarı kart: Dias (16), Maskerano (37), Vidal (37), Messi (40), Bosejur (52), Aranqis(69), Kranevitter (94).

Qırmızı vərəqə:Dias (28), Roxo (43).

ABŞ- Kolumbiya 0:1 (0:1, 0:0)

Qol: 0:1 - 31 Bakka

ABŞ - Xovard, Yedlin, Kemeron, Bezler, Orosko, Zardes, Bredli (Naqbe, 79), Cons, Bedoyya (Pulişiç, 74), Dempsi, Vud

Kolumbiya - Ospina, Ares, Sapata, Murilyo, Fabra, Selis (Medina, 87),Torres, Kuadrado (Moreno, 74), Xames, Kardona, Bakka (Martines, 79).

Sarı kart: Murilyo (13), Bezler (22), Cons (41), Kuadrado (73), Orosko (87), Ares(90).

Qırmızı kart: Orosko (90), Ares (90).