çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Caner Erkin “İnter”i tərk etməyəcək

29.06.2016 11:00 Oxundu 278

“İnter”dən ayrılacağı iddi edilən Caner Erkinin meneceri Türkiyə mətbuatına açıqlama verib. Bu xəbərlərə münasibət bildirən futbolçunun menecerinin sözlərinə görə, Caner icazə müddətini tamamladıqdan sonra təlim məşq toplantısına qoşulacaq. “İnter” klubu da C.Erkinin klubda qalacağını təsdiqləyib. Qeyd edək ki, “Fənərbağça” ilə müqaviləsi başa çatdıqdan sonra “İnter”ə transfer olunan futbolçunun başqa bir kluba icarəyə veriləcəyi xəbəri həm İtaliya, həm də Türkiyə mətbuatında geniş yer alıb. Bu iddialara da aydınlıq gətirən menecer Batur Altıbarmağın sözlərinə görə, Caner milli komanda toplanışında olduğuna görə icazəlidir: “Bu xəbərlər əsassızdır. Milli komandanın Avro-2016-dakı çıxışına görə icazə alan Caner vaxtı tamam olanda “İnter” klubu ilə məşqlərə davam edəcək”.

Məsələ ilə bağlı yayılan xəbərlərə “İnter”dən də reaksiya gəlib. İtaliya klubunun verdiyi açıqlamada menecerin dedikləri öz təsdiqni tapıb. Qeyd edək ki, Canerin başqa kluba icarəyə verilməsi ilə bağlı yayılan xəbərlərə səbəb isə “İnter”in Canerin mövqeyində oynayan sol cinah müdafiəçisi Kristian Ansaldi ilə maraqlanması olub.