çərşənbə, 21 yanvar 2026

SARI KART

İngilislərə hər oyunda bir Tofiq Bəhramov lazımdır...Firuz Abdulla

29.06.2016 11:09 Oxundu 2975

Yeni xəbər

Bir azarkeşdən soruşurlar:

- Yeni nə xəbər var?

- Bizim futbolçular uduzdular...

- Mən yeni nə xəbərin olduğunu soruşuram, sən isə...

Qəti qorxusu yoxdur

Bir həmkarı “Kəpəz”in baş məşqçisi Şahin Diniyevə deyir:

- Futbolçularınızdan yalnz litvalı qapıçı Tadas Simaitisin avrokubok təcrübəsi var. Bu, sizə çətinlik yaratmır ki?

- Onlarla bərabər elə baş məşqçinin də avrokubok təcrübəsi yoxdur, - deyə Şahin Diniyev cavab verir.