çərşənbə, 21 yanvar 2026

VOLEYBOL

Millimiz Slovakiyadadır

29.06.2016 11:38 Oxundu 5403

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Slovakiyaya yollanıb. Səfərdə məqsəd Avropa Liqasının final mərhələsinin ilk oyununda iştirakdır. Faiq Qarayevin yetirmələri qarşılaşmanın keçiriləcəyi Nitra şəhərində məskunlaşacaq. Görüş isə iyunun 30-da Şəhər Sarayında baş tutacaq. Cavab matçı isə iyulun 3-də Bakıda olacaq. Bu isə o deməkdir ki, Avropa Liqasının kuboku Azərbaycanda öz sahibini tapacaq. Qeyd edək ki, hələlik görüşlərin başlama saatı açıqlanmayıb.