188
Avroliqanın I təsnifat mərhələsinin "Samtredia" ilə sabah keçiriləcək ilk görüşündən öncə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Qriqorçuk gürcülərlə qarşılaşmada yaxşı nəticəyə ümid edəcəyini bildirib: "Komandamız yenidir. Özüm də nəyə qadir olduğumuzu görmək istərdim. Qısa vaxt ərzində hazırlaşmışıq. Yeni oyunçularımız var. Bacardığımız qədər yaxşı hazırlamışıq".
Rəqib "Samtredia" barədə isə o bu sözləri deyib: "Rəqibin hücumameyilli futbolçuları yaxşı oyun göstərirlər. Bunun qarşısını almaq asan deyil. Amma onları yaxşı analiz etmişik. Biz də gərək öz oyunumuzu hücum üzərində quraq. Əgər biz də hücum etsək, yaxşı nəticə əldə edə bilərik".
Onun sözlərinə görə, Tiflis "Dinamo"su ilə "Samtredia"nı müqayisə etmək düzgün çıxmaz: "Dinamo" öz liqalarını çempion kimi başa vurdu. Hər ikisinə hörmətlə yanaşıram. Müqayisə aparmaq fikrim yoxdur. Konkret hazırkı rəqibimiz barədə onu deyim ki, mənim üçün ciddi, maraqlı komandadır. Görünür ki, güclü kollektivdir. Onlara qarşı oynamaq çətin olacaq".
"Favorit adlandırılmağınız psixoloji cəhətdən komandaya mənfi təsir edə bilərmi?" sualına isə o belə cavab verib: Düşünmürəm ki, oyunda biz favoritik. Güclərimiz, şanslarımız bərabərdir. Hətta rəqibin favorit olduğunu daha çox eşitmişəm. Bilmirəm, meydanda necə görünəcəyik? Mənim üçün də bu maraqlıdır. Oyuna hansı komanda daha yaxşı hazırlaşıbsa, onun qələbə qazanacağını düşünürəm. Bizim kifayət qədər təcrübəmiz var. Keçən ilki çıxışımızla müəyyən təcrübə yığmışıq. OduR ki, psixoloji cəhətdən bu bizə təsir edə bilməz.
"Samtredia"nın baş məşqçisi Giya Tsetzadze oyunöncəsi mətbuat konfransında deyib: "Bizim üçün belə komandayla oynamaq çox böyük fəxrdir. O ki qaldı oyuna, hər şey meydanda bəlli olacaq. Fikrimcə, şanslar bərabərdie.