çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

“Av­ro­pa­nın Bra­zi­li­ya­sı” fərq­lə­nə bi­lə­cək­mi”

29.06.2016 23:36 Oxundu 268

Bu gün AÇ-2016-da 1/4 fi­nal mər­hə­lə­si­nə start ve­ri­lə­cək. İlk ya­rım­fi­nal­çı­nın adı Pol­şa və Por­tu­qa­li­ya yığ­ma­la­rı ara­sın­da ke­çi­ri­lə­cək matç­dan son­ra mü­əy­yən­lə­şə­cək.

Qrup mər­hə­lə­sin­də xal ba­xı­mın­dan Al­ma­ni­ya­dan ge­ri qal­ma­yan pol­yak­lar id­di­a­la­rı­nı da­vam et­dir­mək ar­zu­sun­da­dı­lar. 1/8-də İs­veç­rə­ni pe­nal­ti­lər se­ri­ya­sın­da üs­tə­lə­yən Pol­şa mil­li­sin­də özü­nə­i­nam his­si ar­tıb. Ko­man­da oyu­nu­na gü­və­nən pol­şa­lı­lar Por­tu­qa­li­ya­ya prob­lem ya­ra­da bi­lər.

Öz növ­bə­sin­də, Por­tu­qa­li­ya da mat­ça qə­lə­bə üçün çı­xa­caq. Av­ro-2004-də gü­müş me­dal­la­ra sa­hib çı­xan pi­re­ney­li­lər AÇ-2012-də bü­rünc me­dal­la­ra yi­yə­lən­miş­di­lər. Kriş­ti­a­nu Ro­nal­do və ko­man­da yol­daş­la­rı bu də­fə qı­zıl mü­ka­fa­ta id­di­a­lı­dı­lar.Por­tu­qa­li­ya yığ­ma­sı qrup mər­hə­lə­si­ni yax­şı ke­çir­mə­sə də, hə­lə AÇ-2016-da məğ­lu­biy­yət acı­sı dad­ma­yıb. 1/8 fi­na­la qrup üçün­cü­sü ki­mi ad­la­yan “Av­ro­pa­nın Bra­zi­li­ya­sı” bu mər­hə­lə­də güc­lü Xor­va­ti­ya yığ­ma­sı­nı mü­ba­ri­zə­dən kə­nar­laş­dı­rıb.

Av­ro­pa çem­pi­o­na­tı - 2016

1/4 fi­nal mər­hə­lə­si

30 iyun

23:00. Pol­şa - Por­tu­qa­li­ya

Baş ha­kim: Fe­liks Brix

Yan xətt ha­kim­lə­ri: Mark Borş, Ste­fan Lupp

Əla­və kö­mək­çi ha­kim­lər: Bas­ti­an Dan­kert, Mar­ko Frits (ha­mı­sı Al­ma­ni­ya)

Dör­dün­cü ha­kim: Mi­lo­rad Ma­ziç (Ser­bi­ya)

Eh­ti­yat yan xətt ha­ki­mi: Mi­lo­van Ris­tiç (Ser­bi­ya)

Ha­kim-in­spek­tor: Pyer­lu­i­ci Kol­li­na (İta­li­ya)

UE­FA nü­ma­yən­də­si: Ro­land Os­pelt (Lix­tenş­teyn)

Mar­sel. “Ve­lod­rom” sta­di­o­nu