çərşənbə, 21 yanvar 2026

SARI KART

“O insanlara sübut edim ki…”

17.05.2016 12:51 Oxundu 2837

Açığı, mən bu mövsüm də burada qalmayacaqdım. Lakin bir baş məşqçi kimi, özümü sınadım və nəticəmi göstərdim. Əslində çıxıb, təklif gözləməli idim. Burada qalmağımın yeganə səbəbi bu futbolçular oldu. Çünki bu futbolçulara heyfim gəldi. Onları bataqlıqdan çıxardıq, yenidən futbolu öyrətdik, qurtuluşun yolunu göstərdik. Yəni bu cür uşaqları itirməmək üçün bu addımı atdım”. Bu sözlər “Neftçala” komandasının baş məşqçisi Kamal Quliyev “Amma ötən mövsümü birinci bitirsəniz də, sizi elitaya buraxmadılar. Bu dəfə də eyni hal yaşansa, “Neftçala”dan ayrılacaqsınız, ya yenə davam edəcəksiniz?” sualına cavab verərkən deyib. O daha sonra deyib: Amma bu il mümkün deyil. Hətta rəhbərlik komandanı saxlamaq istəsə də, mən onlara baş məşqçi kimi iradımı bildirərəm ki, bu pullar heyifdi. Ondansa, 5-6 yaş qruplarında uşaqlar yetişdirib, yuxarıya göndərmək bundan milyon dəfə ləyaqətli iş olar”. Kamal Quliyev bu məsələdə ümidsiz olmadığını da dilə gətirib: “Ümid edirəm ki, bu uşaqlarla, ancaq azərbaycanlı futbolçularla Premyer Liqada çıxış edək və o insanlara sübut edim ki, Azərbaycanda futbolçular var, yetişdirmək olar. Sadəcə, əziyyət çəkmək lazımdır”.

Qeyd edək ki, “Neftçala” klubu I Divizionun 2015/2016-cı illər mövsümünün qalibi adını qazanıb. Bu komadan ötən mövsümdə də I divizionun qalibi olmuşdu.