çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Onlar futbolçu olmasaydılar

30.06.2016 13:14 Oxundu 583

Onlar varlı və məşhurdurlar, onların həyatına həsəd aparmaq olar. Bəs əgər onlar futbolçu olmasaydılar? Onda Luka Modriç, İvan Rakitiç, Mario Mandzukiç hansı peşənin sahibi olardılar? Xorvatiyada uşaqlar orta məktəbi 14 yaşda başa vurur və sonra peşəyönümlü yuxarı siniflərdə oxuyurlar. Bu baxımdan Xorvatiya futbolunun tanınmış simaları vaxtı ilə belə siniflərdə müxtəlif peşələrin sirrlərinə yiyələniblər. UEFA-nın əməkdaşı Elvir İslamoviç onlardan bəzilərindən futbolçu olmasaydılar hansı peşəni seçmələrinə üstünlük verəcəklərini soruşub.

Luka Modriç - ofisiant, yoxsa bar sahibi?

Modriç yaxşı futbolçu olduğu kimi müştəriyə eyni şəkildə xidmət edən ofisiant ola bilərdi. O, mehmanxana biznesi və ofisiant peşəsi üzrə təhsil alıb. Əgər futbolçu olmasaydı, şübhəsiz ki, o, Dubrovnik sahilindəki restoranlardan birində ofisiant işləyər, bar sahibi olardı. Vedran Çorluka, Lovre Kaliniç, Due Çop da oxşar ixtisas sahibidirlər. Belə ehtimal etmək olar ki, bar sahibi Modrç onları məmnuniyyətlə işə götürərdi.

Düzdür, Modriç özü bar sahibi olmaq və ya ofisiant işləmək niyyətində deyil. Buna görə də taleyinə təşəkkür edən Modriç deyir: “Allahıma çox-çox şükürlər edirəm ki, futbolçu oldum”.

Mario Mandzukiç: dulusçu

Mario Mandzukiç dulusçu olsaydı, “Stok Siti “futbol komandasının azarkeşiləri, yəqin ki, çox sevinərdilər. “Yuventus” komandasının oyunçusu keramika üzrə ixtisaslaşıb. Buna səbəb də keramka sexinin onların evinə yaxın olması olub. Əgər futbolçu olmasaydı, yəqin ki, Mandzukiç doğma Slavoniyada bu sahə üzrə çalışacaqdı.

İvan Rakitiç: inşaatçı

Əgər futbolçu olmsaydı, yəqin ki, inşaatçı peşəsi üzrə ixtisaslaşan Rakitiç tikinti şirkətlərindən birində çalışacaqdı. Təsəvvür edin ki, “Barselona”nın yarımmüdafiəçisi Rakitiç çiynində sement kisəsi daşıyır.

Dario Srna: elektrik

Kapitan həmişə oyunçuları üçün məsuliyyət daşıyır. Amma bütün hallarda bu, elektrik işləmək demək deyil. Srna gəncliyində elektro-texniki məktəbdə təhsil alıb.

Şima Vrsalko: Tir sürücüsü

Vrsalko gənc yaşlarında nəqliyyat-texniki kollecində oxuyub. Amma tale onu futbola gətirib çıxarıb. Hazırda “Sassuolo” da oynayan Vrsalko əks halda yük maşınının sürücüsü işləyəcəkdi. Hazırda o, “Napoli” və ya “Atletiko”nun təklflərini dəyərləndirir. Onun marşrutunun hansı komanda olacağı hələlik bilinmir.

Ante Cakiç: biznesmen

İdarə etmək Cakiçin peşəsidir. O, məşqçi karyerasına başlamazdan əvvəl elektrotexnikaya xidmət biznesinə malik olub. Onun sexi Zaqrebin mərkəzində yerləşirdi. Yerli sakinlər sınmış televizor və radioqəbuledicilərini tez-tez onun yanına gətirərdilər.