5286
Bu gün qadın voleybolçular arasında Avropa Liqasının final mərhələsinə start veriləcək. Azərbaycan millisi ilk oyunda Slovakiya yığmasının qonağı olacaq. Voleybolçularımızın qarşılaşmanın keçiriləcəyi Nitrada da uğurlu seriyanı davam etdirəcəyi gözləniləndi. Çünki bu mövsüm hələ məğlub olmayan komandamız yenə cütün favoritidi. Onlar qələbə sayəsində iyulun 3-də Bakıda baş tutacaq cavab oyununa üstün çıxmaq arzusundadılar.Lakin Slovakiyanın da asan məğlub olacağı inandırıcı deyil. Onlar da yerli publika önündə qalib gəlib, səfərə rahat çıxmağı hədəfləyiblər.
Avropa Liqası
Final mərhələsi, ilk oyun
30 iyun
20:00. Slovakiya - Azərbaycan
Hakimlər: Marko Yankoviç (Serbiya), Tibor Yeva (İtaliya)
Nitra, Şəhər Sarayı