çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

“Neftçi” “Baltsan”ı məğlub etdi

30.06.2016 21:03 Oxundu 429

Avropa Liqasında iştirak hüququ qazanan “Neftçi” bu gün ilk sınağına çıxıb. “Ağ-qaralar” I təsnifat mərhələsi çərçivəsində Maltanın “Baltsan” klubu ilə qarşılaşıb. Paytaxt klubu ilk matçından qələbə ilə ayrılıb. Vəli Qasımovun yetirmələri səfərdə 2:0 hesabı ilə qalib gələrək növbəti tur üçün böyük üstünlük əldə ediblər. Hesabı 14-cü dəqiqədə Rəhman Hacıyev açıb. Gənc yarımmüdafiəçi cərimə zərbəsini möhtəşəm yerinə yetirib. "Ağ-qaralar" bir də matçın sonlarında fərqləniblər. Bu dəfə Ruslan Qurbanov adını tabloya yazdırıb. Milli üzvü penaltini dəqiq yerinə yetirərək komandası üçün növbəti turun qapısını açıb.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

30 iyun

“Baltsan” (Malta) – “Neftçi” (Azərbaycan) - 0:2

Qollar: Rəhman Hacıyev, 14, Ruslan Qurbanov, 83 (pen.)

Hakimlər: Yovan Kaludjeroviç, Daniel Deviç, Vladan Todoroviç, Mileta Skepanoviç (hamısı Monteneqro)

Paola. “Hibernians” stadionu

“Baltsan”: 32. Yanyuşeviç, 8. Feneç, 9. Menvski, 10. Qrima, 11. Bezzina, 16. Brinkat, 17. Effionq, 18. Anderson Fransisko, 23. Serrano, 50. Oliviera, 86. Kalyeviç

Ehtiyat oyunçular: 1. Kassar, 4. Qrioli, 5. Samir Arab, 7. Misallef, 19. Zerafa, 20. Agius, 88. Kipriot

“Neftçi”: 1. Kreşvan Santini, 3. Jayro, 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo

Ehtiyat oyunçular: 66.Kamran İbrahimov, 4.Rahil Məmmədov, 10.Cavid İmamverdiyev, 19.Fəhmin Muradbəyli, 26.Kamal Qurbanov, 41.Ömər Buludov, 95.Elvin Bədəlov