190
Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilib. Turnirdə təmsilçilərimizdən olan “Qəbələ” də bu gün mübarizəyə qoşulub. Roman Qriqorçukun komandası Gürcüstanın “Samtredia” klubunu qəbul edib. Qarşılaşma komandamızın böyükhesablı qələbəsi ilə başa çatıb - 5:1.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Zestafonidə keçiriləcək. “Qəbələ” Gürcütsandan sərfəli nəticə ilə qayıtsa, II təsnifat mərhələsində “Aktobe” (Qazaxıstan) - “Budapeşt” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
”Qəbələ” çox yaxşı oynadı”
Matçdan sonra açıqlama verən “Samtredia” klubunun baş məşqçisi Giya Tsedsadze deyib ki, “Qəbələ” çox yaxşı oynadı və layiqli qələbə qazandı”.
“Qələbədə ilk olaraq bütün komandanı qeyd etmək istəyirəm. Yeni oyunçular çox olsa da, hamı bir-birinə tamamlayırdı”. Bu sözləri isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. O daha sonra vurğulayıb: “Komandamda hamını istisnasız olaraq vurğulamalıyam. Bütün tapşırıqları yerinə yetirdiər. Qısa zamanda əla iş bacardıq. Uiks haqqında danışası olsaq, əlbəttə azarkeşlərə görə gözə xoş gələn oyun oynadı, ancaq bu qələbə bütün komandanın əməyidir. “Qəbələ”nin növbəti mərhələdə olduğunu demək olmaz. Hər oyunun öz xarakteri var. Əlbəttə 5 qol vurmaq yaxşıdı, ancaq arxayınlaşmaq olmaz. Növbəti oyun var və biz yenə qələbəni hədəfləmişik”.
Məlumat üçün bildirk ki, bu oyunda liberiyalı yarımmüdafiəçi Uiks Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə keçirilən oyunda het-trik edib. 26 yaşlı futbolçu matçın 31, 69 və 72-ci dəqiqələrində rəqib qapısına yol tapıb. Hazırda isə “Qəbələ” 5:1 hesabı ilə öndədi.
30 iyun
Avropa Liqası
I təsnifat mərhələsinin ilk oyunları
21:00. “Qəbələ” (Azərbaycan) - “Samtredia” (Gürcüstan) - 5:1
Qol: Stankoviç, 16 (1:0), Zenyov, 19 (2:0), Teo Uiks, 31 (3:0), Şergelaşvili, 60 (3:1), Teo Uiks, 69 (4:1), 72 (5:1)
Baş hakim: Denis Şerbakov
Baş hakimin köməkçiləri: Dmitri Juk, Yuri Xomçanka
Dördüncü hakim: Sergey Tsınkeviç (hamısı Belarus)
Bakı. 8-ci kilometr qəsəbə stadionu