çərşənbə, 21 yanvar 2026

BOKS

Bayraqdarımız Teymur Məmmədov olacaq

01.07.2016 13:10 Oxundu 6238

Rio-de-Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bu, boksçumuz Teymur Məmmədovdur. Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Vitse-prezident bildirib: “Biz bayraqdarın adını Olimpiya Oyunlarının açılışına bir həftə qalmış təqdim edəcəyik. Bu, bir çox məsələdən, o cümlədən idmançının açılış mərasimində olub-olmamasından asılıdır. Biz bayraqdarı güləşçilərdən, taekvondoçulardan da seçə bilərdik. Ancaq həmin vaxt onlar Braziliyada olmayacaqlar. Onlar yarışa hazırlaşdıqları üçün bir müddət sonra gələcəklər”.