çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Toni Kroos: “Real”ı niyə tərk etməliyəm ki?”

01.07.2016 13:28 Oxundu 195

Madridin “Real” futbol klubunun alman yarımmüdafəiçisi Toni Kross müqavilə müddəti başa çatana kimi kral klubunda oynamaq niyyətindədir. Məşhur futbolçu bununla bağlı AS nəşrinə verdiyi açıqlamasında özünü Madrid klubunda çox rahat hiss etdiyini söyləyib. Onun sözlərinə görə, “Real” Madrid dünyanın ən güclü klublarından biridir və belə klubda oynamaq hər futbolçuya nəsib olmur. Toni Kross: “Mən “Real”ı çox sevirəm. Buraya transfer ediləndən sonra “Real” mənim doğma evimə, İspaniya isə ikinci vətənimə çevrilib. Klub rəhbərliyi və komanda yoldaşlarım ilə də münasibətlərim normaldır. Belə bir vəziyyətdə mən “Real”ı niyə tərk etməliyəm ki, başa düşmürəm. “Real”ı tərk edəcəyimlə bağlı yayılan şayiələri isə şərh etmək istəmirəm. Əgər mən haqqımda söylənilən hər şayiəni şərh edəsi olsam, onda gərək bütün işimi-gücümü buraxıb yalnız bununla məşğul olum. Mən “Real”a sadiqəm və bu klubla 4 illik müqaviləm var. Müqavilə müddəti başa çatana kimi də kral klubunun şərəfini qoruyucağam. Zənnimcə kral klubu ilə 4 illik anlaşmam mənim haqqımda çıxan şayiələrə tutarlı cavabdır”, - deyib.