çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Neymar “Barselona” ilə yeni anlaşma imzaladı

01.07.2016 16:04 Oxundu 128

İspaniyanın “Barselona” komandasının braziliyalı hücumçusu Neymar klubu ilə yeni anlaşma imzalayıb. Anlaşmaya əsasən, Neymar 2021-ci ilə kimi bask klubunun şərəfini qoruyacaq. Bununla bağlı İspaniyanın “Sport” portalının yazdığına görə, 24 yaşlı brazliyalı “Barselona”dan ildə 15 milyon avro maaş alacaq. Xatırladaq ki, son aylarda Braziliya və İspaniya mətbuatında Neymarın Fransanın PSJ komndasına transfer ediləcəyi barədə çoxsaylı məlumatlar dolaşmaqda idi. PSJ rəsmi qaydada Neymarın transferinə görə 120 milyon avrosundan keçməyə hazır olduğunu belə bəyan etmişdi. Lakin “Barselona” rəhbərliyi bu təklifi rədd edərək Neymarı satmayacağını bəyan etmişdi. Ancaq Neymararın transferi ətrafında ajiotaj davam etməkdə idi. Neymar ətrafında yaranan ajiotaja son qoymaq üçün “Barselona” rəhbərliyi, nəhayət, onunla müqavilə müddətini rəsmi şəkildə uzatmağa məcbur oldu.