çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Danışılmış oyunlara görə iş aldılar

01.07.2016 17:44 Oxundu 226

İsveçin 3-cü divizionda oynayan iki oyunçusu danışılmış oyunlarda iştirak etdiklərinə görə məhkəmə qarşısına çıxarılıblar. Onlar müvafiq olaraq 12 və 14 ay həbs cəzasına məhkum ediliblər. Bununla bağlı “The Local” nəşrinin yazdığına görə, hər iki futbolçuya 5 il ərzində futbol oynamaq, peşəkar klublarda çıxış etmək qadağan edilib. Cəzaya məhkum edilənlərin adları hələlik müəyyən səbəblərdən açıqlanmır. Buna səbəb polisin danışılmış oyunlarla bağlı araşdırmaları davam etdirməsidir. “The Local”ın bildirdiyinə görə, son 3 ildə 18 oyunçu danışılmış oyunlarda iştirak etməyə görə müxtəlif müddətlərə həbs ediliblər. Lakin bu yolla hələlik danışılmış oyunlarla bağlı baş verənlərin qabağını almaq olmur. İsveç ictimaiyəti isə öz növbəsində danışılmış oyunlarla bağlı cəzaların daha da sərtləşdirilməsini tələb edir və adı çəkilən sahədəki pozuntulara ancaq bu yolla son qoyula biləcəyini vurğulayırlar.