02.07.2016 17:17
316
316
"Sumqayıt" və "Xəzər Lənkəran"ın sabiq futbolçusu Uğur Pamuk karyerasını Türkiyədə davam etdirəcək. Belə ki, Pamuk PTT Liqa təmsilçisi "Manisaspor"la anlaşıb. O, 2 illik müqavilə imzalayıb.
Ötən mövsümü "Sumqayıt"da keçirən Uğur Pamuk bu ilin aprel ayında baş məşqçi Samir Abasovun qərarı ilə komandadan uzaqlaşdırılmışdı.
Qeyd edək ki, Almaniyada türk ailəsində anadan olan Uğur Pamuk AFFA tərəfindən milliləşdirilmişdi. Milli komandaya dəvət alan futbolçu yığmada bir neçə oyun da keçirib.