02.07.2016 17:32
314
314
FİFA prezidenti Canni İnfantino 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında oyunların qadın hakimlər tərəfindən idarə olunmasını təklif edib. C.İnfantino həmin təkliflə bağlı bunları deyib: “Dünya çempionatı ilə bağlı təklifim var. Rusiyada keçiriləcək mundialda qadın hakimlərin oyun idarə etməsi çox cəlbedici olar. FİFA bu məsələ ilə bağlı işləyəcək. Nə edə biləcəyimizə baxmalıyıq. Bu çempionatın azarkeşlərin təhlükəsiz bayramı olması üçün hər şeyi etməliyik”.
DÇ-2018-də oyunları qadın hakimlər idarə edərsə, bu, futbol tarixində ilk olacaq.