02.07.2016 17:54
1932
1932
“Belçika millisində fərdi cəhətdən güclü futbolçular çoxdur. Ancaq biz komanda oyununda onları üstələdik. Qələbə qazanaraq millimiz və ölkəmiz üçün tarix yazdıq”. Bu sözləri Uels millisinin futbolçusu Qaret Beyl Belçikaya qalib gəldikləri oyundan (3:1) sonra deyib.
Uels millisi yarımfinalda Portuqliya ilə qarşılaşacaq. “Ronaldo ilə qarşılaşmadan nə gözləyirsən” sualını “Real”ın futbolçusu belə cavablandırıb: “Bu, Ronaldo – Beyl yox, Portuqaliya – Uels qarşılaşması olacaq”.
Qeyd edək ki, sözügedən oyun iyulun 6-da keçiriləcək.