1109
PSJ-nin futbolçusu Zlatan İbrahimoviç karyerasını İngiltərənin “Manchester United” klubunda davam etdirəcək. Bu barədə futbolçu şəxsi “instagram” hesabında belə yazıb: “Mənim növbəti gedəcəyim yer “Manchester United”.
34 yaşlı hücumçu indiyədək “Malmo”, “Ayax”, “Juventus”, “İnter”, “Barcelona”, “Milan” və PSJ kimi məşhur klubların şərəfini qoruyub. Karyerası ərzində 28 kubok qazanan futbolçu 4 ölkədə çempionluq sevinci yaşayıb. Bir sözlə o, iştirak etdiyi hər komandada ulduz olmağı bacarıb. Onun “Mançester Yunayted”də də parlayıb-parlamayacağı indi hər bir azarkeşin maraq dairəsindədir.
Heç şübhəsiz ki, bu transferdə Joze Mourinyonun da rolu böyükdür. Belə ki, o, “Mançester Yunayted”i çalışdıracaq Joze Mourinyonun (JosƏ Mourinho) hədəfində olan ilk futbolçu idi. Portuqaliyalı mütəxəssis rəhbərlikdən Zlatan İbrahimoviçin transferini istəmişdi.