1533
“Arsenal” və Almaniya milli komandasının ulduzu Məsud Özil Cristiano Ronaldo haqqında fikirlərini bölüşüb: “Ronaldo çox iddialı bir oyunçudur. Birlikdə oynadığımız vaxtlarda onu daha da yaxşı tanıdım. Hazırlıq matçlarında belə hər zaman qazanmaq istəyir. Heç vaxt öz oyunundan razı olmur. Həmişə daha yaxşı olmaq və daha çox qazanmaq istəyir”.

Keçmiş komanda yoldaşının qol arzusuna toxunan Məsud, Ronaldo qədər qola aç bir oyunçu olmadığını dilə gətirib: “Onun belə olması çox təbiidir. Mənim üçün isə qol vurmaqla, asist olmaq eynidir. Çünki hər ikisi komandanın xeyirinə olur”.

Qeyd edək ki, 2013-2014-cü il mövsümündə “Arsenal”a transfer olan Məsud Özil, “Real” Madriddə Ronaldo ilə birlikdə 3 il eyni formanı geyinib.