1733
O, bununla bağlı “Sport.es” nəşrinə verdiyi açıqlamasında: “Mən müqaviləmin sonuna kimi “Barselona”nı çalışdırmaq niyyətindəyəm və heç yerə getmək, istefa vermək niyyətində deyiləm. Bununla bağlı yayılan məlumatların heç bir əsası da yoxdur. Mən hələ “Barselona” ilə daha bir neçə böyük uğura imza atmaq niyyətindəyəm”, – deyib.
Qeyd edək ki, Enrikenin istefası məsələsi İspaniya mətbuatı tərəfindən “Barselona” Çempionlar liqasının dörddəbir final oyununda “Atletiko” Madridə məğlub olaraq mübarizəni dayandırmasından sonra gündəmə gəlib. Lakin hələlik klub rəhbərliyi bununla bağlı hər hansı açıqlama verməyib.
Xatırladaq ki, Luis Enrikenin “Barselona” ilə anlaşmasının müddəti gələn ilin yayında başa çatacaq.