1324
Bütün idman növlərinin şahı sayılan futbol o qədər populyarlaşıb ki, azarkeşlər öz sevimli komandaları və futbolçularına ləqəblər qoymaqdan çəkinmirlər. Futbolla maraqlanan hər kəs “batiqol”, “yekədiş”, “Zizu”, “spays boy”, “superpippo”, “uçan holland”, “Karpat Maradonası” və s. adlar çəkiləndə kimdən söhbət getdiyini dərhal başa düşürlər. Yaxud “Mançester Yunayted”ə rəsmi adından çox, “qırmızı şeytanlar” deyə müraciət edirlər. Klubun sabiq baş məşqçisi Aleks Ferqyusona ser rütbəsi verildikdən sonra onu “Ser Aleks” deyə çağırırlar. Çempionlar Liqasının 11 qat qalibi Madrid “Real”ı İspaniya kralı tərəfindən yaradıldığı üçün “kral klubu” adlandırılır. “Qalatasaray”ı isə bütün Avropa “cim-bom” kimi tanıyır. “Yuventus” “qoca sinyora”, “Milan” “rossonyerlər”, “Roma” “canavarlar”, “Çelsi” “zadəganlar” kimi də tanınır.
Milli komandalar arasında Braziliyanın ləqəbi daha maraqlıdır. Bir adı “sambaçılar” olan braziliyalılar dünya çempionluğu titullarının sayını artırdıqca “kampeon” sözünün önlüyü dəyişir. Hazırda Braziliya yığması həm də “pentakampeonlar” kimi çağırılır. Bundan başqa İtaliya millisi “skuadra adzurra”, Hollandiya yığması “narıncılar” kimi də məşhurdurlar.
Azərbaycan klublarından “Neftçi”yə “flaqman” ləqəbi qoyulub. Son illərin çempionu “Qarabağ” “köhlən atlar” kimi də tanınır. Bununla yanaşı, ləqəb qoşulan bəzi futbolçularımız da var. Bu yazıda da həm dünya futbolunda, həm də Azərbaycanda maraqlı ləqəbi olan bir neçə futbolçudan ibarət siyahı təqdim edəcəyik:
Azərbaycanlılar:
Mahmud Qurbanov - “professor”
Rəşad Sadiqov - “sehrbaz”
Samir Musayev - “buğa”
Rövşən Əhmədov - “fış”
Ramazan Abbasov - “roma”
Rauf Mehdiyev - “meşok”
Səttar Əliyev - “ingilis”
Elçin Dərgahquliyev - “soğan”
Hüseynqulu Quliyev - “quci”
Vüqar Qurbanov - “ciyər”
Rövşən Hüseynov - “bığ”
Elvin Əliyev - “kələş”
Fərhad Vəliyev - “yapon”
Samir Məmmədov - “dodik”
Elnur Allahverdiyev - “tank”
Zaur Tağızadə - “qızıl oğlan”
Ruslan Poladov - “06 motoru”
Ramal Hüseynov - “dirsək”
Aslan Kərimov - “qladiator”
Ramil Sayadov - “kötük”
Əli Quliyev - “at Əli”
Ramin Nəsibov - “bico”
Namiq Əliyev - “Pele”
Xarici futbolçular:
Qabriel Batistuta - “batiqol”
Xuan Sebastyan Veron - “eybəcər”
Karsten Yanker - “dağıdıcı”
Frans Bekkenbauer - “kayzer”
Ronaldo - “yekədiş”
Pele - “vulkan”
Marian Pahar - “latış Bekhem”
Tyerri Anri - “şimal maralı”
Pol Qaskoyn - “alkaş”
Devid Bekhem - “spays boy”
Maykl Ouen - “vunderkind”
Xose Mariya Qutyerres - “Quti”
Filippo İnzagi - “superpippo”
Franko Barezi - “Pyer Rişar”
Edqar Davids - “Surinam Vinni Puxu”
Cimmi-Floyd Hasselbaynk -”vəhşi bizon”
Mixael Raytsiger - “əleyhiqaz”
Georgi Haci - “Karpat Maradonası”
Davor Şuker - “şəkər”
Alessandro Del Pyero - “pinturikkio”
Kristian Rodriges - “soğan”
Milan Osterç - “Çiyələk”
Katalin Muntyanu - “əjdaha başı”
Vinçentso Montella - “təyyarə”
Stiq Toftinq - “ot biçən maşın”
Ronald Kuman - “qar dənəsi”
Roman Pavlyuçenko - “yatan div”
Rob Rensenbrink - “ilan adam”
Rıdvan Dilmən - “şeytan”
Rikardo Kuarejma - “Harri Potter”
Ole Qunnar Sulşer - “körpə üzlü qatil”
Xulio Kruz - “bağban”
Xavyer Zanetti - “traktor”
Çikarito - “kiçik göy noxud”
Yan Koller - “killer”
Cüzeppe Berqomi - “dayı”
Fitz Hall - “tək bədən”
Ferens Dik - “sərsəm”
Erik Maklind - “ağcaqanad”
Draqoye Lekoviç - “ilanbalığı”
Aleksandr Kokorin - “bibər”
Roberto Bacco - “ilahi at quyruğu”
Lionel Messi - “atom qarışqa”
Frank Riberi - “yaralı üz”
Gökhan Zan - “şüşə adam”
Dennis Berqkamp - “uçmayan holland”
Sərvət Çətin - “ayı boğan”
İlhan Mansız - “imansız”
Ariel Orteqa - “kiçik eşşək”
Riqober Sonq - “böyük şef”