931
İngiltərənin “Liverpul” komandasının baş məşqçisi, vaxtı ilə Dortmundun “Borussiya” komandasını çalışdıran Yurgen Klopp keçmiş komandasının indiki durumu ilə bağlı mətbuata açıqlama verib. O deyib ki, “Borussiya” Dortmundun bəzi aparıcı futbolçularının komandanı tərk etməsi onun heç də zəifləməsi demək olmayacaq. Kloppun fikrincə bəzi aparıcı oyunçuların komandanı trək etməsi üzücü olsa da, “Borussiya” Dortmundun heytəində boşluğu doldura biləcək futbolçular kifayət qədərdir. Yurgen Klopp: “Aparıcı oyunçuların getməsi “Borussiya”nı zəiflətməyəcək”, - deyib.
Xatırladaq ki, bu mövsümdə Almaniya yığmasının müdafiəçisi Rummels “Borussiya” Dortmundu tərk edərək yenidən keçmiş kollektivinə “Bavariya” Münhenə qayıdıb. İlkay Gündoğan isə “Mançester Siti”yə transfer edilib. Hazırda Dortmund klubunun daha bir aparıcı oyunçusu Mxitaryan da komandanı tərk etməyə hazırlaşır.
Bununla belə itkilərin yerini doldurmaq üçün “Borussiya” Dortmund rəhbərliyi Avropanın gənc ulduazlarını, o cümlədən türk əsilli Danimarka futbolçusu Emrə Moru transfer edərək heyətini gücləndirib.