03.07.2016 21:57
1036
1036
"Arsenal"ın eks futbolçusu Mikel Arteta nöbəti mövsüm "Manchester City"də çalışacağını təsdiqləyib. İspaniyalı eks futbolçu Xosep Qvardiolanın köməkçisi olacaq. 34 yaşlı yarımmüdafiəçi "Arsenal"la müqaviləsi başa çatandan sonra karyerasını bitirmək barədə qərar vermişdi. "Topçular" ona akademiyasının məşqçisi kimi işləməyi təklif etsələr də, Arteta həmyerlisi Qvardiolanın yanına getməyi üstün tutdu.
"Arsenal"dan getdiyimi təsdiq edə bilərəm. Karyeramı başa vururam və "Manchester City"də məşqçi işləyəcəm" - Arteta deyib.