1037
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Daçiya” – “Kəpəz” oyununun hakimləri açıqlanıb. İyulun 7-də Moldovanın Speya şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşmanı Gürcüstan hakimləri idarə edəcək.Qarşılaşmanın baş hakimi Laşa Silaqava olacaq. Ona həmyerlilərindən ibarət briqada kömək edəcək.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
19:00. “Daçiya” (Moldova) – “Kəpəz” (Azərbaycan)
Baş hakim: Laşa Silaqava
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria
Dördüncü hakim: Qoga Kikaçeişvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
Speya (Moldova). “Speya” stadionu
İlk oyun – 0:0