1222
Azərbaycan Premyer Liqasında geridə qalan 2015-16 mövsümü səviyyə baxımından zəif alınsa da, bir çox maraqlı məqamlarla diqqət çəkdi. Məhz bu çempionatda bəzi rekordlar və antirekordlar yeniləndi. Həm komandalar, həm də futbolçular baxımından mövsümün “ən”lərini hazırladıq. Sözü çox uzatmadan həmin statistik məlumatlarla sizi tanış edirik.
Komandalar
Ən çox xal toplayan: “Qarabağ” - 84
Ən az xal toplayan: “Xəzər Lənkəran” - 15
Ən çox qələbə qazanan: “Qarabağ” - 26
Ən az qələbə qazanan: “Xəzər Lənkəran” - 3
Ən çox məğlub olan: “Xəzər Lənkəran” - 27
Ən az məğlub olan: “Qarabağ” - 4
Ən çox heç-heçə edən: “Sumqayıt” - 12
Ən az heç-heçə edən: “Qarabağ”, “Xəzər Lənkəran” - 6
Ən çox qol vuran: “Qarabağ” - 66 (orta hesabla hər oyunda 1,83 qol)
Ən az qol vuran: “Xəzər Lənkəran” - 16 (orta hesabla hər oyunda 0,44 qol)
Ən çox qol buraxan: “Rəvan” - 63 (orta hesabla hər oyunda 1,75 qol)
Ən az qol buraxan: “Qarabağ” - 21 (orta hesabla hər oyunda 0,58 qol)
Ən yüksək top fərqi: “Qarabağ” - +45
Ən aşağı top fərqi: “Rəvan” - -36
Evdə
Ən çox xal toplayan: “Qarabağ” - 48
Ən az xal toplayan: “Xəzər Lənkəran” - 8
Ən çox qələbə qazanan: “Qarabağ” - 15
Ən az qələbə qazanan: “Xəzər Lənkəran” - 2
Ən çox məğlub olan: “Xəzər Lənkəran” - 14
Ən az məğlub olan: “Qarabağ” - 0
Ən çox heç-heçə edən: “Qəbələ”, “Sumqayıt” - 8
Ən az heç-heçə edən: “Xəzər Lənkəran” - 2
Ən çox qol vuran: “Qarabağ” 40 (orta hesabla hər oyunda 2,22 qol)
Ən az qol vuran: “Xəzər Lənkəran” - 9 (orta hesabla hər oyunda 0,50 qol)
Ən çox qol buraxan: “Rəvan” - 30 (orta hesabla hər oyunda 1,66 qol)
Ən az qol buraxan: “Qarabağ” - 6 (orta hesabla hər oyunda 0,33 qol)
Ən yüksək top fərqi: “Qarabağ” - +34
Ən aşağı top fərqi: “Rəvan” - -19
Səfərdə
Ən çox xal toplayan: “Qarabağ” - 36
Ən az xal toplayan: “Xəzər Lənkəran” - 7
Ən çox qələbə qazanan: “Qarabağ” - 11
Ən az qələbə qazanan: “Xəzər Lənkəran” - 1
Ən çox məğlub olan: AZAL, “Xəzər Lənkəran” - 13
Ən az məğlub olan: “Qarabağ” - 4
Ən çox heç-heçə edən: “İnter” - 8
Ən az heç-heçə edən: “Qarabağ”, “Qəbələ”, AZAL - 3
Ən çox qol vuran: “Qarabağ” - 26 (orta hesabla hər oyunda 1,44 qol)
Ən az qol vuran: AZAL, “Xəzər Lənkəran” - 7 (orta hesabla hər oyunda 0,38 qol)
Ən çox qol buraxan: “Rəvan” - 33 (orta hesabla hər oyunda 1,83 qol)
Ən az qol buraxan: “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə” - 15 (orta hesabla hər oyunda 0,83 qol)
Ən yüksək top fərqi: “Qarabağ” - +11
Ən aşağı top fərqi: AZAL, “Xəzər Lənkəran” - -21
Seriyalar və qollar
Ən qollu oyunlar: “Qəbələ” - “Xəzər Lənkəran” 6:0, “Sumqayıt” - “Rəvan” 3:3, “Zirə” - AZAL 4:2, “Qarabağ” - “Rəvan” 5:1, “Neftçi” - “İnter” 4:2
Qol vurulmayan oyların sayı - 17
Ən çox qolsuz heç-heçə edənlər: “Zirə” - 6, “İnter” - 5
Ən az qolsuz heç-heçə edən: “Qarabağ” - 1
Ən uzun seriyalı məğlubiyyətsizlik seriyası: “Qarabağ” - 15 oyun
Ən uzun seriyalı qalibiyyətsizlik seriyası: “Xəzər Lənkəran” - 25 oyun
Mövsüm ərzində ən çox qeydə alınan hesab: 1:0 - 33 dəfə
Qeydə alınmış digər nəticələr: 1:1 (20 dəfə), 0:1 (18), 2:0, 0:0 (17), 1:2 (13), 2:1 (11), 0:2 (10), 2:2 (9), 3:0 (6), 2:3, 3:1 (5), 0:3 (3), 0:4, 1:3, 4:2, 3:2 (2), 6:0, 5:1, 3:3, 4:1, 4:0 (1).
”Sumqayıt”ın 21 matçında hər iki komandanın fərqlənməyə müvəffəq olub. Bu baxımdan ən aşağı göstərici AZAL-dadır - 8 oyun.
”Qarabağ” cəmi 4, “Xəzər Lənkəran” isə 24 oyunda rəqib qapılarına yol tapa bilməyib.
Ağdamlılar evdəki bütün qarşılaşmalarda qol vurmağı bacarıblar.
Ən çox futbolçudan istifadə edən klub: “Rəvan” - 34
Ən az futbolçudan istifadə edən klub: “Kəpəz” - 24
Ən çox penalti qazanan komanda: “Qarabağ” - 9
Ən az penalti qazanan komanda: “İnter” - 2
Penalti qazanan bütün komandalar: “Qarabağ” - 9, “Neftçi” - 7, “Qəbələ”, AZAL, “Kəpəz”, “Rəvan” - 5, “Xəzər Lənkəran”, “Sumqayıt” - 4, “Zirə” - 3, “İnter” - 2.
Ən intizamsız komanda: “Neftçi” - 115 sarı, 8 qırmızı
Ən intizamlı komanda: “Qarabağ” - 49 sarı, 2 qırmızı
”Flaqman” həm sarı, həm də qırmızı vərəqə sayında hamını qabaqlayıb.
Futbolçuları ən az qırmızı vərəqə görən komanda isə “Qəbələ”dir (1).
Komandaların mövsüm ərzində aldıqları vərəqə sayı: “Neftçi” - 115 sarı, 8 qırmızı, “Sumqayıt” - 103 sarı, 7 qırmızı, “Zirə” - 99 sarı, 4 qırmızı, “Rəvan” - 98 sarı, 6 qırmızı, “İnter” - 95 sarı, 6 qırmızı, “Kəpəz” - 87 sarı, 4 qırmızı, AZAL - 85 sarı, 2 qırmızı, “Qəbələ” - 78 sarı, 1 qırmızı, “Xəzər Lənkəran” - 71 sarı, 5 qırmızı, “Qarabağ” - 49 sarı, 2 qırmızı.
Mövsüm ərzində ən çox baş məşqçi dəyişən komandalar: “Neftçi” (Samir Əliyev - 12 tur, Əsgər Abdullayev - 12 tur, Vəli Qasımov - 12 tur), “Xəzər Lənkəran” (Yunis Hüseynov - 18 tur, Elbrus Məmmədov - 15 tur, Ağadadaş Həmidov - 3 tur) - 3.
Futboçular
10 klub 271 futbolçunun xidmətindən yararlanıb.
Mövsüm ərzində 2 klubun heyətində meydançaya çıxanlar: Elnur Abdulov, Elşən Rzazadə, Eltun Hüseynov, Elvin Məmmədov, Əziz Quliyev, Hacı Əhmədov, Mirzağa Hüseynpur, Nicat Muxtarov, Nodar Məmmədov, Nuran Qurbanov, Orxan Əliyev, Rahid Əmirquliyev, Rasim Ramaldanov, Rəşad Eyyubov, Şahruddin Məhəmmədəliyev, Səlahət Ağayev, Tural Qürbətov, Vaqif Cavadov, Vüqar Bəybalayev, Vüqar Mustafayev.
Ən çox oyun keçirənlər: Tadas Simaitis (”Kəpəz”), Stanislav Namaşko (AZAL) - 36
Bütün matçlarda əvəz olunmayan futbolçu: Stanislav Namaşko - 3240 qəqiqə
Hər komandanın ən çox oyun keçirəni: Stanislav Namaşko (AZAL - 36), Tadas Simaitis (”Kəpəz” - 36), Aleksey Qay (”Qəbələ” - 35), Denis Silva (”İnter” - 35), Tural Cəlilov (”Xəzər Lənkəran” - 35), Viktor İbekoyi (”Zirə” - 34), Rəhman Hacıyev (”Neftçi” - 34), Slavik Alxasov (”Sumqayıt” - 34), Novruz Məmmədov (”Rəvan” - 33), Coşqun Diniyev, Dani Kintana, İbrahim Şehiç (”Qarabağ” - 32).
Hər komandanın meydançada ən çox qalan futbolçusu: Stanislav Namaşko (AZAL - 3240 dəqiqə), Tadas Simaitis (”Kəpəz” - 3215), Denis Silva (”İnter” - 3150), Tural Cəlilov (”Xəzər Lənkəran” - 3109), Aleksey Qay (”Qəbələ” - 3041), Slavik Alxasov (”Sumqayıt” - 2993), Aleksandr Şemonayev (”Zirə” - 2959), İbrahim Şehiç (”Qarabağ” - 2880), Novruz Məmmədov (”Rəvan” - 2850), Erik Ramos (”Neftçi” - 2712).
Ən çox qol vuranlar: Dani Kintana (”Qarabağ” - 15 qol), Nelson Bonilla (”Zirə” - 14 qol)
Hər komandanın ən çox qol vuran futbolçusu: Dani Kintana (”Qarabağ” - 32 oyun (2477 dəqiqə), 15 qol), Nelson Bonilla (”Zirə” - 29 oyun (2403), 14 qol), Ruslan Qurbanov (”Neftçi” - 31 oyun (2482), 13 qol), Amil Yunanov (”Sumqayıt” - 24 oyun (1312), 12 qol), Aleksey Qay (”Qəbələ” - 35 oyun (3041), 10 qol), Julien Ebah (”Kəpəz” - 28 oyun (2077), 9 qol), Nuqzar Kvirtiya (AZAL - 33 oyun (2191), 7 qol), Nizami Hacıyev (”İnter” - 25 oyun (1854), 6 qol), Mirsahib Abbasov (”İnter” - 21 oyun (1160), 6 qol), Ramazan Abbasov (”Rəvan” - 32 oyun (2738), 5 qol), Rahid Əmirquliyev (”Xəzər Lənkəran” - 18 oyun (1620), 4 qol).
Ən çox penalti vuran futbolçular: Ruslan Qurbanov (”Neftçi” - 6/5), Riçard Almeyda (”Qarabağ” - 5/5), Tural Axundov (”Kəpəz” - 5/5), Aleksey Qay (”Qəbələ” - 4/4), Ramazan Abbasov (”Rəvan” - 4/4).
Ən intizamsız futbolçu: Ailton Silva (”Neftçi” - 15 sarı, 2 qırmızı)
Ən çox sarı vərəqə alan: Budaq Nəsirov (”Kəpəz” - 16)
Ən çox qırmızı vərəqə alan: Filyo Jairo Rodriges (”Neftçi” - 3)
Hər komandanın ən çox vərəqə alan futbolçusu: Ailton Silva (”Neftçi” - 15 sarı, 2 qırmızı), Budaq Nəsirov (”Kəpəz” - 16 sarı), Emin Mehdiyev (”Sumqayıt” - 13 sarı, 2 qırmızı), Nelson Bonilla (”Zirə” - 11 sarı, 1 qırmızı), Novruz Məmmədov (”Rəvan” - 10 sarı, 1 qırmızı), Emin Cəfərquliyev (AZAL - 11 sarı), Adrian Skarlatake (”Xəzər Lənkəran” - 8 sarı, 2 qırmızı), Georgi Lomaya, İlkin Qırtımov, Zurab Xizanişvili (”İnter” - 8 sarı, 1 qırmızı), Elvin Camalov, Ermin Zets (”Qəbələ” - 8 sarı), Elvin Yunuszadə (”Qarabağ” - 6 sarı).
Meydançaya ayaq basmadan sarı vərəqə alan: Elgün Nəbiyev (”Zirə” - 1)
Avtoqol edənlər: Cəmil Hacıyev (”Sumqayıt”) - 2 dəfə, Tural Axundov (”Kəpəz”), Yamin Ağakərimzadə, Kənan Müslümov, Saşa Yunisoğlu (”Rəvan”), Zaman Mirzəzadə, Nodar Məmmədov (”Xəzər Lənkəran”), Kamil Hüseynov (AZAL), Pərdis Fərcad-Azad (”Sumqayıt”), Tellur Mütəllimov (”Zirə”).
Ömər Məmmədov