çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Konfederasiya kubokunda iştşrak edəcək 8 ölkədən 6-sı məlumdur

04.07.2016 13:54 Oxundu 2461

Portuqaliya-Uels oyunun qalibi 2017-ci ildə keçiriləcək Konfederasiya kubokunda oynamaq hüququ qazanacaq. Amma bunun üçün Almaniya yarımfinalda Fransanı məğlub edərək finala yüksəlməlidir. Bu barədə məlumat UEFA-nın rəsmi saytında verilib. Qeyd edək ki, Konfederasiya kuboku dünya çempionatından bir il əvvəl keçirilir. Almaniya bu dəfə Rusiyada keçiriləcək turnirdə dünya çempionu kimi itirak edəcək. Rusiya isə meydan sahibi olduğu üçün turnirdə birbaşa oynamaq hüquq qazanıb. Qalan 6 vəsiqə digər konfederasiyaların çempionlarına qismət olacaq. Əgər Almaniya Avropa çempionu olsa, onda ikinci yerin sahibi də Konfederasiya kubokunda oynamaq imkanı əldə edəcək. Artıq Konfederasiya kubokunda Almaniya, Avstraliya, Çili, Meksika, Yeni Zelandiya və Rusiyanın işitirka edəcəyi məlumdur. Qalan iki yer isə Afrika millətlər kubokunun qalibinə və Avropa çempionatında ikinci yeri tutacaq ölkəyə qismət olacaq. 8 komanda iki qrupda mübarizə aparacaq. Hər qrupun iki ən güclüsü yarımfinala çıxacaq. Konfederasiya kuboku turniri 2017-ci ilin iyun ayının 17-da Rusiyanın 4 şəhərində başlayacaq, iyul ayının2-də başa çatacaq. Bu günə kimi Konfederasiya kubokunda Danimarka, Fransa, Almaniya, Yunanıstan İspaniya və Türkiyə iştirak ediblər. Fransa, İtaliya, İspaniya və Almaniya bu turnirdə hərəyə iki dəfə çıxış ediblər.