04.07.2016 14:26
1144
1144
AVRO-2016-da yarımfinal oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Finala çıxacaq komandalar Yonas Eriksson və Nikola Rizzolinin fit sahibi olacağı oyunlarda müəyyənləşəcək. Eriksson Uels - Portuqaliya, Rizzoli isə Almaniya - Fransa matçına təyinat alıb. Qeyd edək ki, Uels - Portuqaliya matçın iyulun 6-sı, digər oyun isə bir gün sonra keçiriləcək.