1107
Roy Hocsonun istefasından sonra İngiltərə Futbol Assosiasiyası onun yerinə ölkə yığma komandasına baş məşqçi axtarışlarını davam etdirir. Bununla bağlı “İndependent” qəzetinin yazdığına görə, ölkə yığmasına namizədlərin arasında əslən ingilis olan Sem Ellardaysın da adı var. Ellardays hazırda “Sanderlend” komandasını çalışdırır. Qeyd edək ki, Ellardaysdan əlavə İngiltərə yığmasını çalışdıracaq baş məşqçilər arasında fransız Loran Blanın və alman Yurgen Klinsmanın da adları çəkilir. Hələlik İngiltərə Futbol Assosisasiyasının namizədlərdən hansına üstünlük verəcəyi məlum deyil. Bununla İngiltərə yığma komandasının oyunçuları komandanı xarici baş məşqçinin çalışdırmasını arzulayırlar. İngiltərənin əksər futbol ekspertləri isə ölkə yığmasını çalışdırmağa qadir olan və onu yeni uğurlara apara biləcək baş məşqçinin tapılacağına şübhə elə yanaşırlar. Onların fikrincə, ən yaxşı məşqçi belə İngiltərə yığması ilə uğur qazanmaqda çətinlik çəkəcək. Buna səbəb kimi isə onlar İngiltərə futbolunun Almaniya, Fransa və İspaniya ilə müqayisədə xeyli geridə olmasını göstərirlər. Eyni zamanda o da vurğulanır ki, İngiltərə futbolunu daha yaxşı bilən yerli məşqçinin ölkə yığmasına rəhbərliyi uzunmüddətli perspektivdə daha məqsədəuyğun ola bilər.