çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

“Qartallar” qüvvəsini sınayacaq

04.07.2016 20:24 Oxundu 1597

İyunun 22-dən təlim-məşq toplanışına start verən “Zirə” hazırlığını davam etdirir. Klubun rəsmi saytının məlumatına görə, Adil Şükürovun yetirmələri hazırlığın ilk mərhələsində üç yoxlama oyununda qüvvəsini sınayacaq. Sabah “Zirə” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq. “Qartallar” hazırlığın bu mərhələsində daha iki yoxlama oyununda meydana çıxacaq. Komanda iyulun 10-da Sumqayıtda şəhərin eyniadlı klubu ilə, 14-də isə ADBTİA-nın stadionunda AZAL-la üz-üzə gələcək.

“Zirə” AZAL-la oyundan sonra Bakıdakı təlim-məşq toplanışını başa vuracaq. İyulun 16-da start götürəcək hazırlığın növbəti mərhələsi Türkiyədə keçəcək və 30-dək davam edəcək toplanışda “qartallar” daha 3 yoxlama oyununda qüvvəsini sınayacaq.