bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

“Qarabağ” və “Qəbələ” UEFA-dan 2.6 milyon avro qazanıb

18.10.2016 18:33 Oxundu 1589

UEFA Avropa Liqası turinirinin qrup mərhələsində çıxış etməsi ilə əlaqədar hər bir kluba UEFA-nın ayırdığı vəsait AFFA tərəfindən, müvafiq olaraq, “Qarabağ” və “Qəbələ” klubunun hesabına köçürülüb.

Həmin vəsait hər bir klub üçün 2.600.000 (iki milyon altı yüz min) avro təşkil edir. Bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.

Bu məbləğ təsnifat mərhələsində qazanılmış uğurlara görə verilib. Qrup mərhələsində qazanılacaq qələbə və heç-heçələrə görə isə mükafatlandırmanın məbləği daha böyük olur.