bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Rauf Əliyev gəncliyinə dönür

18.10.2016 18:45 Oxundu 1459

Premyer Liqanın 8-ci turunda “İnter” Avroliqanın qrup mərhələsinin iştirakçısı olan “Qəbələ”ni əməlli-başlı çətinliyə saldı. “Qəbələ” yalnız son dəqiqələrdə bir xalı xilas edə bildi. Meydan sahiblərinin hücumçusu Rauf Əliyev rəqibin müdafiə xəttini çaşbaş salmışdı.

Qeyd edək ki, futbolçu kimi “Qarabağ”ın heyətində tanınan və milli komandaya dəvət alan Əliyev Ağdam klubundan ayrılandan sonra heç cür özünə gələ bilmirdi. Daha doğrusu, o, heç bir komandada “Qarabağ”da göstərdiyi oyunu göstərə bilmirdi. Yəqin elə buna görə də milli komandanın məşqçilərinin yadına düşmürdü.

Amma son oyunda Rauf yenidən gənc yaşlarında göstərdiyi performansı göstərə bildi.

Çox güman ki, belə davam etsə o yenidən mili komandanın düşərgəsinə dəvət ediləcək.