bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

17:30-da19:15-də

18.10.2016 18:48 Oxundu 1650

Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - PAOK (Yunanıstan) qarşılaşmasından öncə təkli olunacaq mətbuat konfranslarının vaxtı bəlli olub. Sabah ilk olaraq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. O, jurnalistlərlə "Azərsun Arena"nın mətbuat zalında saat 17:30-da görüşəcək. “Qarabağ”ın son məşqi isə saat 18:00-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

PAOK-un son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Respublika stadionunda baş tutacaq. Yunanıstan təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 19:15-də Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, oktyabr 20-də keçiriləcək "Qarabağ" - PAOK matçı saat 21:00-da start götürəcək.